`Bakı-2015`in açılışı belə olacaq - VİDEO

`Bakı-2015`in açılışı belə olacaq - VİDEO
  06 İyun 2015    Oxunub:13457
Bakıda keçirilək Avropa Oyunlarının açılış mərasimini əks etdirən görüntülər hazırlanıb.
AzVision.az xəbər verir ki, iyunun 12-də baş tutacaq açılış mərasimin əsas formatı haqda baku2015.com saytında məlumat yerləşdirlib.

-Gözlənilən an çox yaxındadır. Bakı Olimpiya Stadionu əyləncə və idmanın həyatda bir dəfə yaşanacaq nümayişi ilə parlaq şəhərin bütün mədəniyyət və tarixini sərgiləməyə hazırdır. Birinci Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 9-da başlayacaq. Mərasim az.baku2015.com saytında və bütün dünyada canlı nümayiş olunacaq. Sehrin bir anına burada şahid ola bilərsiniz.

Bakı 2015-in möhtəşəm Açılış Mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq. Bədii rəhbəri Dimitris Papaioannounun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək. Oyunlara gerisayım artıq başladı.

AzVision.az `Baku – 2015` açılış mərasiminin məşqlərini təqdim edir:





Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti