Məşəl Xaçmazda

Məşəl Xaçmazda
  03 İyun 2015    Oxunub:1995
Birinci Avropa Oyunlarının məşəli iyunun 3-də Xaçmaz şəhərinə gətirilib.
AzVision.az xəbər verir ki, məşəl şəhərin Bakı prospektində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb.

Məşəl xaçmazlı fəal gənc Mübariz Həsənov tərəfindən qəbul olunub. Sonra 12 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Bakı prospekti boyunca 4 min 100 metr məsafəni qət edərək Bayraq Meydanına gəliblər. Cüdo üzrə beynəlxalq yarışların mükafatçısı Vasif Talıblı burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Məşəlin alovlandırılmasını izləyən xaçmazlılar bu tarixi hadisəni alqışlarla qeyd ediblər.

Sonra isə İsmət Qayıbov adına Xaçmaz şəhər 3 saylı məktəbin IX sinif şagirdi Arzu Əskərova Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verib.


Teqlər:





Xəbər lenti