Möhtəşəm final - "Qarabağ" - "Neftçi"

Möhtəşəm final - "Qarabağ" - "Neftçi"
  03 İyun 2015    Oxunub:2798
Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək.
AzVision.az xəbər verir ki, həlledici oyunda çempion “Qarabağ” və çempionatı 4-cü pillədə başa vuran “Neftçi” klubları üz-üzə gələcək.

Son dəfə finalda 1996-cı ildə qarşılaşan bu komandaların duelindən “Neftçi” qalib ayrılıb. Paytaxt klubu eyni zamanda kubokun son qalibidir. “Neftçi” ardıcıl 4-cü mövsümdür ki, kubokun finalına yüksəlir. “Qarabağ” isə sonuncu dəfə final həyəcanını 2008/2009-cu ildə yaşayıb ki, məhz həmin il “atlılar” kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu Qəbələ şəhər stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq


Teqlər:





Xəbər lenti