Çempionat başa çatdı

Çempionat başa çatdı
  29 May 2015    Oxunub:1617
Bu gün Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünə yekun vurulub.
Sonuncu turda 4 qarşılaşma keçirilib. “Sumqayıt” doğma meydanda “İnter”i qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qəbələ” də “Bakı”ya 3 topla qalib gəlib – 3:0.

“Neftçi” - AZAL oyununda komandalar sülhə razılaşıblar – 1:1.

“Xəzər Lənkəran” – “Simurq” matçında isə azarkeşlər qol üzünə həsrət qalıblar – 0:0.

Beləliklə, cari futbol çempionatının qalibi “Qarabağ”, 2-ci yerin sahibi isə “İnter” olub. Bürünc medal “Qəbələ”nindir.


Teqlər:





Xəbər lenti