Məşəl İsmayıllıda

Məşəl İsmayıllıda
  26 May 2015    Oxunub:2028
İlk Avropa Oyunlarının məşəli İsmayıllı rayonuna çatıb.
Rayonun Nizami küçəsində karate üzrə Avropa və çempionu Bayram Qehramanov məşəl estafetini qəbul edib.

Mərasimi rayonun minlərlə sakini izləyib. Meydana toplaşan insanlar məşəl estafetini daşıyan idmançıları alqışlarla qarşılayıblar. Sonra məşəlin alovlandırılması mərasimi keçirilib. Paurlif idman növü üzrə 5 qat dunya, 3 qat Avropa çempionu Kamal Qafarov qalxaraq məşəli alovlandırıb.

Birinci Avropa Oyunlarının çırağını isə rayonun fəal gənci Qönçə Ağazadə yandırıb. Çıraq yarışlar başa çatana qədər rayonun Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Sonra məşəl Qəbələ rayonuna yola salınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti