Məşəl bu dəfə Şəkidə

Məşəl bu dəfə Şəkidə
  26 May 2015    Oxunub:1617
Avropa Oyunlarının məşəli mayın 25-də axşam saatlarında Şəki şəhərinə gətirilib.
Şəkinin fəal gənci, teleaparıcı Sədaqət Məmmədzadə sarayın həyətində, Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra məşəl estafeti şəhərin mərkəzinə doğru istiqamət götürüb. On iki məşəlçi “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi, Mirzə Fətəli Axundzadə və Heydər Əliyev prospektləri ilə hərəkət etməklə, məşəli növbə ilə bir-birinə ötürərək 2200 metrdən artıq məsafə qət ediblər. Estafetin sonuncu iştirakçısı – respublika dərəcəli futbol hakimi Rəvan Həmzəzadə meydanın mərkəzində quraşdırılmış səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb.

Məşəldən alovlandırılan “Bakı 2015”-in çırağı Oyunlar başa çatanadək saxlanılması üçün Şəki şəhərinə təqdim edilib.


Teqlər:





Xəbər lenti