Rusiyadan `Bakı-2015`lə bağlı son qərar

Rusiyadan `Bakı-2015`lə bağlı son qərar
  24 May 2015    Oxunub:3143
Rusiya Olimpiya Komitəsi (ROK) İcraiyyə Komitəsinin növbəti iclasında bu ölkənin birinci Avropa Oyunlarında iştirak edəcək yığmasının tərkibi təsdiq edilib.
Bu barədə ROK-un informasiya xidməti məlumat verib.

Rusiyanın 50 regionundan, o cümlədən Moskva (97 nəfər), Moskva vilayəti (38 nəfər), Sankt-Peterburq (33 nəfər), Tatarıstan Respublikası (17 nəfər), Krasnodar diyarı (16 nəfər) və digər regionlardan 360 atlet komandaya daxil edilib.

Komandanın tərkibinə 7 Olimpiya, 34 dünya çempionu daxildir. Rusiya idmançıları yüngül atletikadan başqa, bütün idman növləri üzrə yarışlarda iştirak edəcəklər. ROK-un prezidenti Aleksandr Jukovun fikrincə, Rusiya komandasının hazırlıq səviyyəsi ilk Avropa Oyunlarında ümumi hesabda birinci olmağa imkan verir. (Azertac)


Teqlər:





Xəbər lenti