İsraildən yəhudilərə çağırış: vətənə qayıdın

İsraildən yəhudilərə çağırış: vətənə qayıdın
  15 Fevral 2015    Oxunub:1933
İsrailin Baş naziri Benyamin Netanyahu Kopenhagendə sinaqoqa bir nəfərin həlak olması, beş nəfərin isə yaralanması ilə nəticələnən silahlı hücumdan sonra Avropada yaşayan yəhudilərə vətənlərinə köçmələri ilə bağlı çağırış edib

Baş nazir İsrailin bütün yəhudilərin doğma vətəni olduğunu, Avropadan köçüb gələn yəhudilərin yerləşdirilməsinə hazır olduqlarını söyləyib.

Son zamanlar avropalı yəhudilərin terrorçuların hədəfinə çevrilməsindən narahatlığını ifadə edən B.Netanyahu Belçikada, Fransada və nəhayət Danimarkada onlara qarşı törədilən terror aktlarını misal gətirib. O, Fransadan, Belçikadan, Ukraynadan və digər ölkələrdən köçüb gələnlərə hər cür şərait yaradılması üçün hökumətin xüsusi plan işləyib hazırladığını vurğulayıb.


Teqlər:  





Xəbər lenti