Mikayıl Cabbarov Özbəkistanın Baş nazirinin müavini ilə görüşüb - FOTOLAR

Mikayıl Cabbarov Özbəkistanın Baş nazirinin müavini ilə görüşüb -    FOTOLAR
  24 Sentyabr 2024    Oxunub:1262
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikası Baş nazirinin müavini Cəmşid Xocayevlə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə dövlət başçılarının siyasi iradəsi və birgə səylərinin ölkələr arasındakı strateji tərəfdaşlıq əlaqələrinin təməlini təşkil etdiyini bildirilib. Özbəkistan - Azərbaycan əlaqələri çoxtərəfli xarakter daşıyır və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Özbəkistanla, enerji, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlıq, səhiyyə və yükdaşımalar kimi sektorlarda geniş əməkdaşlıq gündəliyi üzrə işlər görülür. Sənayenin bir sıra istiqamətləri, eləcə də nəqliyyat-logistika üzrə işbirliyinin möhkəmləndirilməsi üçün münbit şərait var.

Görüşdə Azərbaycan və Özbəkistanda yüksək texnologiyalı məhsul istehsalının təşviqi, ticarət dövriyyəsinin artırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi kimi məqsədlərə yönəlmiş Azərbaycan - Özbəkistan İnvestisiya şirkətinin fəalliyyəti vurğulanıb. Bildirilib ki, birgə reallaşdırılan layihələr regionda iqtisadi sabitliyə, xalqlarımızın rifahına, ölkələrimizin biznes subyektlərinin perspektivli ticarət platformalarına çıxışına, yeni iş yerlərinin yaranmasına və yerli infrastrukturun təkmilləşməsinə təkan verəcək.

Tərəflər 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində sənaye, energetika, logistika, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyətin perspektivlərini dəyərləndiriblər.


AzVision.az


Teqlər: İqtisadiyyat-Nazirliyi   Özbəkistan  





Xəbər lenti