"ASAN xidmət"in innovasiyaları ölkəmizin reytinqinə töhfə verir
BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi (EGDI) üzrə 2024-cü il hesabatı 2023-cü ilin may ayına qədər olan göstəricilər əsasında hazırlanıb.
Hesabatda həmin dövr üçün ölkəmiz adından “ASAN xidmət” tərəfindən uğurla həyata keçirilmiş elektron hökumət və innovasiyalar üzrə layihələr də yer almaqdadır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi olaraq reytinqdə ölkəmizin mövqeyinin güclənməsinə töhfə verməkdən qurur duyuruq.
Əminik ki, dövlət qurumlarının əlaqəli fəaliyyəti və səyləri nəticəsində adıçəkilən reytinqdə ölkəmizin müsbət tendensiyası gələcək illərdə də davam edəcəkdir.
AzVision.az
Teqlər: