UNICEF: Livanda bir gündə son 11 aydan daha çox uşaq ölüb

   UNICEF:    Livanda bir gündə son 11 aydan daha çox uşaq ölüb
  24 Sentyabr 2024    Oxunub:265
"Livanda münaqişənin davam etdirilməsi fəlakətli nəticələrə səbəb olacaq. Qeyd edim ki, son sutka ərzində ölkədə əvvəlki 11 ay ilə müqayisədə daha çox uşaq öldürülüb".
AzVision.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Livandakı nümayəndəsinin müavini Etti Higgins Cenevrədə keçirilən brifinqdə deyib.

"İsrailin irimiqyaslı hücumlarını qətiyyətlə pisləyirik" - Zaxarova
"Dünən ən azı 35 uşaq ölüb. Bu, Livanda son 11 ayda öldürülən uşaqların sayından (22 uşaq) çoxdur",- deyə o bildirib.

Məlumata görə, bir neçə uşaq hələ də dağıntılar altında qalıb. Qeyd edək ki, bazar ertəsindən başlayaraq İsrailin Livanın cənub və şərqindəki yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 558-ə yüksəlib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Livan   İsrail  





Xəbər lenti