İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 100 nəfər ölüb

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 100 nəfər ölüb
  23 Sentyabr 2024    Oxunub:942
İsrail Silahlı Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 100 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunu vurdu - VİDEO
Ölənlər arasında xeyli sayda qadın, uşaq və tibb işçiləri də var. Məlumata görə, 400-dən çox insan isə yaralanıb.

İsrail ordusunun sözçüsü Aviçay Adraee bildirib ki, indiyədək Livanda 300-dən çox Hizbullah hədəfi vurulub. Buna cavab olaraq Hizbullah İsrailin hərbi postlarına raket zərbələri endirib.

Qeyd edək ki, İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında rəsmi Təl-Əvivin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və "Hizbullah" döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə tez-tez bir-birinin mövqelərini atəşə tuturlar.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   İsrail   Livan  





Xəbər lenti