Yerin Aydan başqa bir peyki də olacaq

Yerin iki peyki olacağı inandırıcı görünməsə də astronomların tədqiqat materialları ciddi faktlar ortaya qoyub. Onlar hesablayıblar ki, aşkar edilmiş səma cismi 2024 PT5 asteroididir və bu göy cismi sentyabrın 25-dən noyabrın 25-dək Yer ətrafında dövr edəcək. Alimlər bu kəşfi yeni “mini-ay” adlandırıblar və belə bir hadisənin 2055-ci ildə təkrarlana biləcəyini də bildiriblər.
Tural Tağıyev
AzVision.az
Teqlər: