Ramin Məmmədov: Dövlətlər dindən ideoloji təzyiq predmeti kimi faydalanmağa çalışır

      Ramin Məmmədov:    Dövlətlər dindən ideoloji təzyiq predmeti kimi faydalanmağa çalışır
  23 Sentyabr 2024    Oxunub:322
Bu gün fərqli coğrafiyalarda baş verən toqquşmalar ümumilikdə beynəlxalq təhlükəsizlik arxitekturasını dəyişir, ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni tendensiyaların, davranış qaydalarının formalaşmasına səbəb olur. Lakin bu ziddiyyətlər bizi həm də baş verən proseslərin tarixi və ideoloji məzmununa daha çox diqqət yetirməyə sövq edir.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şuşa şəhərində keçirilən "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda seminarda çıxış edərkən deyib. Onun sözlərinə görə, ideoloji təhlükəsizlik və din indi əvvəlki onilliklərlə müqayisədə bir-birilə daha sıx qarşılıqlı təsirə malikdir:

"Müxtəlif dövlətlər bu mövzudan siyasi manipulyasiya, ideoloji təzyiq predmeti kimi faydalanmağa çalışır. Əlbəttə ki, Azərbaycan dövləti belə cəhdlərə qarşı kifayət qədər effektiv mübarizə imkanlarına malikdir. Təfərrüata varmadan demək istərdim ki, müvafiq strukturlar koordinasiyalı şəkildə bu sahədə sistemli fəaliyyət göstərirlər.

Lakin ideologiya elə bir həssas istiqamətdir ki, ictimaiyyət və dövlət, vətəndaş cəmiyyəti institutları ilə hökumət qurumları məsuliyyəti bölüşməlidir. Bu mənada bizim mediadan – yəni sizlərdən gözləntilərimiz böyükdür. Lakin şübhəsiz ki, sizlərin qeydlərini, iradlarını, təkliflərini öyrənmək çox vacibdir".

AzVision.az


Teqlər:





Xəbər lenti