Məlumata görə, Hizbullah Hayfaya 85 raket atıb. Onun əsas hədəfi İsrailin şimalındakı "Rəfael" hərbi sənaye kompleksləri və sərhədə 45 km məsafədə yerləşən hava limanı olub. Hücum nəticəsində 3 nəfər yaralanıb.

Hizbullah hücumun "İsrailin bir müddət əvvəl Livanda törətdiyi peycer partlayışlarına cavab" olduğunu açıqlayıb.
Hizbullahın bu son hücumuna cavab olaraq isə, İsrail hərbi qüvvələri Livana 400-dən çox raket zərbəsi endirib.
Məhəmmədəli Həsənli
AzVision.az