Əfsanəvi pop qrupun üzvü vəfat etdi

Əfsanəvi pop qrupun üzvü vəfat etdi
  23 Sentyabr 2024    Oxunub:295
İsveçin dünya şöhrətli ABBA pop qrupunun nağara ifaçısı Rocer Palm 76 yaşında vəfat edib.
Bu barədə Aftonbladet məlumat yayıb.

Musiqiçi şənbə günü dünyasını dəyişib. Onun ailəsi Palmın ölüm səbəbinin Alzeymer xəstəliyinin yaratdığı ağırlaşmalar olduğunu açıqlayıb.

"O, hər zaman dostlarının və ailəsinin müdafiəsinə qalxan istiqanlı və təvazökar bir insan idi. Palm üçün darıxacağıq və musiqiçi geridə böyük bir boşluq buraxdı", - Rocerin ailəsinin açıqlamasında bildirilib.

Rocer Palm 1949-cu ildə anadan olub. O, "Gimmicks", "Beatmakers" və "Moonlighters" kimi qrupların üzvü olub. Lakin Palm daha çox ABBA-nın nağaraçısı kimi tanınıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti