Toy karvanında qəza, 5 nəfər öldü - YENİLƏNİB

 Toy karvanında qəza, 5 nəfər öldü -  YENİLƏNİB
  24 Sentyabr 2024    Oxunub:382
Bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın cinsli) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB bildirib ki, yaralıya qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib. Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.



Qeyd edək ki, “Man” markalı yük avtomobili ilə “VAZ”ın toquşşması nəticəsində 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu, 1993-cü il təvəllüdlü Hüseynova Lalə Akif qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı və 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı hadisə yerində keçinib.







***

Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol qəzası baş verib.

Hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var. Faktla bağlı araşdırma aparılır.(AzərTac)

AzVision.az


Teqlər:





Xəbər lenti