İsrail-Fələstin münaqişəsi 1 ilə həll ediləcək

İsrail-Fələstin münaqişəsi 1 ilə həll ediləcək
  01 May 2013    Oxunub:1386
Şimon Peres: “Bir ildən sonra sülh bağlanacaq, vahid qərar əsasında iki dövlət yaranacaq. Başqa yol yoxdur”
İsrail-Fələstin münaqişəsi cəmi bir ilə həll ediləcək. İsrail prezidenti Şmon Peres İtaliyaya səfəri zamanı La Republica qəzetinə verdiyi müsahibəsində belə deyib.

“Prezident Barak Obama hesab edir ki, artıq bir ilə sülh bağlamaq olar. Çatışmayan ancaq danışıqlardır ki, konsensusa gəlmək üçün mütləq dialoqa başlamaq lazımdır. Əsas məsələ narazılıqların ortadan qaldırılmasıdır. Bəs bu mümkündürmü? Mənim cavabım: bəli mümkündür. İsrailin baş naziri Benyamin Netanyahu açıq-aşkar şəkildə bəyan etdi ki, o, sülh və iki dövlət prinsipini dəstəkləyir. Düşünürəm ki,reallığın özü bizi sülhə məcbur edəcək... Başqa seçimimiz yoxdur”-deyə İsrail prezidenti bildirib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti