Bahar Muradova: Azərbaycan ailə modeli milli identikliyin üzərində qurulub
Komitə sədri bildirib ki, Azərbaycan Respublikası dünyəvi dövlət və demokratik cəmiyyət modelinə uyğun olaraq, dinin cəmiyyət həyatında oynadığı mühüm rolu hər zaman tanıyıb və dəstəkləyib.
“Ölkəmiz ənənəvi multikulturalizm və tolerantlıq siyasətini bu gün də davam etdirərək müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanların bərabər şəraitdə yaşamasını təmin etməkdədir. Azərbaycan dövlətinin əsaslandığı dünyəvilik prinsipləri milli və dini dəyərlərin əhəmiyyətini xüsusi vurğulamaqla onu həyatımızın əsas məzmunu, ailə institutunun isə dayağı kimi müəyyən edir.
Bu baxımdan Azərbaycan ailə modeli də milli identikliyin və dini dəyərlərin üzərində qurulub. Bu dəyərlərin düzgün təbliği isə ailə institutunu hər cür kənar təsirlərdən qoruyur. Odur ki, dini maarifləndirmə işi yalnız dini icmalar və ibadət ocaqları ilə məhdudlaşmayaraq müvafiq dövlət orqanlarının da fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir”, - deyə Bahar Muradova bildirib.
AzVision.az
Teqlər: