Almaniyada matəm elan edildi

Almaniyada matəm elan edildi
  21 Dekabr 2024    Oxunub:462
Almaniyanın daxili işlər naziri Nensi Fesser Maqdeburqda törədilən terror aktı qurbanlarına görə matəm elan edib.
AzVision.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

“Hakimiyyət orqanlarının bütün binalarında bayraqları endirilib”, - bəyanatda deyilir.

Qeyd edək ki, Maqdeburq şəhərində Milad yarmarkasına edilən hücum nəticəsində 5 nəfər ölüb, 205 nəfər isə yaralanıb.

Hücumla bağlı 50 yaşlı Taleb əl-Əbdülmöhsün adlı şəxs saxlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti