Aİ fevralın 24-də Rusiyaya qarşı 16-cı sanksiya paketini qəbul etməyi planlaşdırır - Welt

   Aİ fevralın 24-də Rusiyaya qarşı 16-cı sanksiya paketini qəbul etməyi planlaşdırır -    Welt
  22 Dekabr 2024    Oxunub:408
Avropa İttifaqı 2025-ci il fevralın 24-də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının başlamasının ildönümündə Rusiyaya qarşı yeni, 16-cı sanksiyalar paketini qəbul etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Aİ-dəki diplomatik mənbələrə istinadən Welt am Sonntag qəzeti məlumat yayıb.

Məlumatlı diplomatlar nəşrə bildiriblər ki, yeni paketin Moskvaya qarşı "aydın siqnal" kimi nəzərdə tutulub və "Rusiya iqtisadiyyatının konkret sektorlarına qarşı tədbirlər" planlaşdırılır. Bundan əlavə, Aİ-nin fikrincə, yeni paket Moskvanın mövqeyini yayan və “Ukraynanın ərazi bütövlüyünü pozan” şəxslərə və təşkilatlara qarşı əlavə tədbirləri əhatə edəcək.

Nəşr yazır ki, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti həmçinin yeni şəxsi sanksiyalar tətbiq etməyi planlaşdırır. Yəni bəzi şəxslərin, o cümlədən Almaniyaya girişi qadağan olunacaq və aktivləri dondurulacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti