TƏBİB: "131 əməkdaş şikayət əsasında məsuliyyətə cəlb olunub"

   TƏBİB:    "131 əməkdaş şikayət əsasında məsuliyyətə cəlb olunub"
  23 Dekabr 2024    Oxunub:400
"2024-cü il 11 ayı ərzində daxil olmuş şikayətlərin araşdırılması istiqamətində tibb müəssisələrində 32 yerində yoxlama həyata keçirilib, aparılmış araşdırma aparılıb, 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub".
AzVision.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tabeli tibb müəssisələrində tibbi və inzibati idarəetmənin fəaliyyətinin yoxlanılması istiqamətində 29 planlı, 7 növbədənkənar monitorinq həyata keçirilib:

"Aparılmış monitorinq nəticəsində aşkarlanmış nöqsanlara yol verən 57 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı yoxlanışlar da diqqətdən kənarda qalmayıb. 85 tibb müəssisəsində yerində yoxlamaların keçirilməsi və aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində müəssisələrə köməklik göstərilib".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: TƏBİB  





Xəbər lenti