Trampın müşavirindən sərt xəbərdarlıq

   Trampın müşavirindən sərt xəbərdarlıq
  23 Dekabr 2024    Oxunub:374
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə gələcək müşaviri Mayk Uolts siyasi məqsədlərə nail olmaq üçün ölkə vətəndaşlarını girov götürənləri sərt tədbirlərlə üzləşəcəkləri ilə hədələyib.
AzVision.az xəbər verir ki, Mayk Uolts siyasi şərhçi-jurnalist Ben Şapiroya müsahibəsində yeni Amarika liderinin öz vəzifəsini tutduqdan sonra girovların götürülməsi kimi cinayətə Vaşinqtonon belə reaksiya verəcəyini açıqlayıb. Onun sözlərinə görə, əvvəllər ABŞ-də və dünyada amerikalıları girov götürənlər ciddi nəticələrlə üzləşməyib, amma indi onlara münasibət dəyişəcək.

“Əgər bir amerikalını tutsanız, ağır bədəl ödəyəcəksiniz. Maliyyə problemlərindən və hətta, bəlkə də, lənətə gəlmiş alnınıza vurulacaq bir güllədən başqa heç bir şeyiniz olmayacaq. Girov vəziyyətinə sərt reaksiya cinayətkarları öz əməllərinin nəticələri barədə düşünməyə məcbur edəcək. Terrorçular və pis niyyətlilər başa düşməlidirlər ki, Donald Trampın rəhbərliyi altında onlar geri çəkilmə və faydaların rədd edilməsi ilə üzləşəcəklər”, - gələcək müşavir vurğulayıb.

Uolts əmindir ki, girov götürən şəxslər ödənişlər və ya digər güzəştlər aldıqca belə cinayətlər davam edəcək. Pis adamlar yalnız insanları girov götürmək qarşılığında itkilər və əzab hiss etdikdə bunu dayandıracaqlar.

Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri İsrailin “Hizbullah”a qarşı uğurla fəaliyyət göstərdiyini, əvvəllər israilliləri və əcnəbiləri girov götürmüş təşkilat yaraqlılarını artıq təcrid etməyə nail olduğunu diqqətə çatdırıb.

- Cəmi bir yoldan başqa “Həmas” üçün başqa bütün çıxışlar bağlanıb. Bu yol isə ona görə saxlanılıb ki, o, yaşamaq istəyirsə girovlarımızı azad etsin”, - Uolts deyib.

Trampın müşavirinin bəyanatı ilə bağlı şərh verən “The Times of Israel” nəşri Uolstun girovları buraxacağı təqdirdə “HƏMAS”-ın fəaliyyətini davam etdirə biləcəyini düşündüyünü vurğulayıb. Halbuki, İsrail terror qruplaşmasını tamamilə məhv etməyə çalışacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Uolts   girovlar   xəbərdarlıq  





Xəbər lenti