Suriyanın yeni hökuməti xarici işlər naziri təyin edib.

Suriyanın yeni hökuməti xarici işlər naziri təyin edib.
  21 Dekabr 2024    Oxunub:385
Bildirilib ki, Baş Komandanlıq Əsəd Həsən əl-Şibanini xarici işlər naziri vəzifəsinə təyin edib. Məlumata görə, bu, Suriya xalqının sülh və sabitlik gətirən beynəlxalq əlaqələr qurmaq istəklərinə cavabdır.
AzVision.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Dəməşq Universitetinin məzunu olan 37 yaşlı Şibani əvvəllər Suriyanın şimal-qərbindəki İdlib əyalətində müxalifət hökumətinin siyasi şöbəsinə rəhbərlik edib.

O, Suriyanın BMT-dəki daimi nümayəndəsi və yüksək səviyyəli ABŞ diplomatlarını qəbul etmək də daxil olmaqla, xarici nümayəndə heyətləri ilə fəal şəkildə əlaqə saxlayıb.

AzVision.az




Teqlər:





Xəbər lenti