İran Rusiyanın strateji tərəfdaşı olmağa hazırdır
Qeyd edək ki, b u bəyanatlar Rusiyanın baş nazirinin müavinləri Aleksey Overçuk və Vitali Savelyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana səfəri fonunda səsləndirilib.
“İnterfaks” agentliyinin yazdığına görə, səfər çərçivəsində Rusiya nümayəndə heyətinin İran prezidenti Məsud Pezeşkian ilə görüşü nəzərdə tutulub. Rusiya baş nazirinin müavinləri və İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref, habelə İranın yollar və şəhərsalma naziri Fərzaneh Sadiq arasında da danışıqların aparılacağı bildirilir.
“Gözlənilir ki, tərəflər İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin bütün iştirakçılar tərəfindən ratifikasiyasının yekun mərhələsində olan azad ticarət zonası haqqında tam formatlı saziş çərçivəsində birgə fəaliyyətini, həm də qurum çərçivəsində əməkdaşlıq etdikdən sonra İranın Aİİ-də müşahidəçi dövlət statusu alması məsələsini müzakirə edəcəklər”, - məlumatda vurğulanır.
Bundan əlavə, səfərin gündəliyinə nəqliyyat əlaqələri və yeni nəqliyyat dəhlizlərinin inkişafı məsələləri daxildir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya İran tərəfdaşlıq