Mayk Uolts: “Ukraynaya yanaşma dəyişib”
“Biz lazım olduğu qədər “kömək etmək istəyi” ifadələrindən və “sövdələşməyə necə anil olaq?” sualına kart-blanş verməklə bağlı ümumi məzmunun dəyişdiyini gördük. Bu Tramp effektidir. Tramp açıq şəkildə bildirdi ki, müharibə bitməlidir. Dəyişiklikləri müşahidə etmək maraqlıdır: həm Avropa liderləri, həm də Ukrayna hamısı buna uyğunlaşır.
Beləliklə, mənim vəzifələrimin və Trampın topladığı komandanın məsuliyyətlərinin bir hissəsi danışıqlar aparılan masada kimin olduğunu, insanları orada oturmağa necə sövq edə biləcəyimizi və nəticədə razılaşma üçün şərtlərin nədən ibarət olduğunu anlamaqdır. Bu hər şeydən yaxşı bizim ən yaxşı maraqlarımıza cavab verir”, - Mayk Uolts vurğulayıb.
Uolts hazırkı Amerika lideri Co Baydenin Ukraynadakı müharibəyə yanaşmasını tənqid edib. Gələcək müşavirin sözlərinə görə, hakimiyyətdən gedən administrasiya Vaşinqtonun bu vəziyyətdə hansı məqsədlər güddüyünü və onlara çatmağın mümkün olub-olmadığını, ABŞ-nin strategiyasının mahiyyətini və bunun üçün hansı resurslara ehtiyac duyulduğunu aydın izah edə bilməyib.
- Onlar yalnız pul haqqında danışmaq istəyirdilər və hər şeyin hara getdiyi kimi zəhlətökən sualları verməyi dayandırmaq istəyirdilər. Məncə bu vacib sualdır”, - Mayk Uolts bildirib.
Maraqlıdır ki, bundan sonra Uoltsun fəaliyyətdə olan sələfi, indiki ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Donald Trampı Rusiya ilə qarşıdurmada Ukraynanı dəstəkləməyə davam etməyə çağırıb. Onun iddiasına görə, Kiyevə hərbi yardım münaqişə tərəfləri arasında ədalətli sülh razılaşmasını əldə etmək üçün zəruri olan əsas “təzyiq vasitələri” kimi qalır.
“ABŞ-nin Rusiya və İran kimi strateji rəqiblərini zəiflətmək əhəmiyyətli diplomatik dividendlər üçün imkanlar yarada bilər. Trampın beynəlxalq münasibətlərə qeyri-ənənəvi yanaşması və onun “gözlənilməz hərəkətlərə” meyli ABŞ-nin milli maraqlarını təmin etmək üçün istifadə oluna bilər”, - Sallivan deyib.
Onun fikrincə, Vaşinqtonun Kiyevə daimi hərbi dəstəyi təkcə Ukraynanın müdafiə potensialının gücləndirilməsində deyil, həm də ABŞ-nin qlobal səhnədə təsirinin saxlanmasında mühüm rol oynayır. Belə strategiya həm də münaqişələrin genişlənməsinin qarşısını alacaq və uzunmüddətli sabitliyi təmin edəcək.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Uolts Saalivan Ukrayna