Times: "İran Livana hava dəhlizi açmaq niyyətindədir"

      Times:    "İran Livana hava dəhlizi açmaq niyyətindədir"
  23 Dekabr 2024    Oxunub:392
"İran Suriyada Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində bu ölkədən keçən quru yolunu itirdiyi üçün Livanın "Hizbullah" terror təşkilatına yardım göndərməkdən ötrü hava dəhlizi yaratmağı planlaşdırır"
Adı gizli saxlanılan regional mənbənin Britaniyanın "The Times" qəzetinə verdiyi açıqlamaya əsasən, bu baş verərsə, İsrail və "Hizbullah" arasında müsbət nəticəyə doğru irəliləyən atəşkəs danışıqları pozula bilər.

"Tehranda sözügedən məsələ ilə bağlı müzakirələr aparılır. Qərb dövlətləri narahatdır ki, Suriyada silah qaçaqmalçılığı üçün nəzərdə tutulan hava limanını itirən İran Livanın paytaxtı Beyrut şəhərinin hava limanını oxşar təyinatla işlətmək məqsədi güdür. Belə bir addım, şübhəsiz ki, regionda eskalasiya riskini artırır", - qəzet yazır.
İran XİN: "Suriyadakı səfirliyimizin fəaliyyətinə yenidən baxılacaq"

Xatırladaq ki, Suriyada Tehranın dəstəklədiyi Bəşər Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsi fonunda İranın regiondakı tərəfdaşları ilə birbaşa rabitəsi zəifləyib. İran Suriyanın yeni hakimiyyəti ilə uzlaşmağa çalışır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Suriya   Livan   İsrail   silah  





Xəbər lenti