"Qarabağda modul tipli xəstəxanaların layihələndirilməsinə başlanılıb"

"Qarabağda modul tipli xəstəxanaların layihələndirilməsinə başlanılıb"
  23 Dekabr 2024    Oxunub:393
"Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib".
AzVision.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb, 81 kənddə, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin dəqiqləşdirilmiş sislokasiyaları və eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib:
 
"Hazırda işğaldan azad edilən torpaqlarımızda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: TƏBİB  





Xəbər lenti