Prezident alman həmkarına başsağlığı verib

   Prezident alman həmkarına başsağlığı verib
  21 Dekabr 2024    Oxunub:336
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermis faciəli hadisə ilə əlaqədar Prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
AzVision.az başsağlığı məktubunu diqqətə çatdırır:

"Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

AzVision.az


Teqlər: Prezident   Almaniya   başsağlığı  





Xəbər lenti