Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib

   Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib
  23 Dekabr 2024    Oxunub:332
Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlığından irəli gələn iqtisadiyyat, enerji, kommunikasiya, regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif mövzular müzakirə olunub.

Nazir regionda münaqişədən sonrakı bərpa prosesi və sülh səyləri ilə bağlı son yeniliklər barədə Serbiya Prezidentini məlumatlandırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti