İran rialın denominasiyasını keçirməyi planlaşdırır

İran rialın denominasiyasını keçirməyi planlaşdırır
  21 Dekabr 2024    Oxunub:407
İran valyutası ciddi dəyişikliklərə məruz qalacaq.
AzVision.az xəbər verir ki, prezident Məsud Pezeşkian parlamentə maliyyə islahatları haqqında qanun layihəsi təqdim edib.

Bu qanuna əsasən, milli valyuta olan rialdan dörd sıfır silinəcək və onun yerinə “tümən” qoyulacaq.

Bir tümən 10 000 riala bərabər olacaq. Nazirlər Kabineti tərəfindən hələ 2019-cu ildə təsdiq edilmiş qanun layihəsi rialın aşağı alıcılıq qabiliyyəti ilə mübarizə aparmaq məqsədi daşıyır.

Keçid prosesini yumşaltmaq üçün həm rial, həm də tümənlərin qəbul ediləcəyi iki illik müddət müəyyən ediləcək.

Qərar rialın həddən artıq aşağı məzənnəsi ilə bağlıdır.

AzVision.az



Teqlər:





Xəbər lenti