"SpaceX"in raketi Cənubi Koreyanın kəşfiyyat aparatını orbitə çıxarıb

Məlumata əsasən, raket ABŞ Sakit Okean vaxtı ilə saat 03:34-də Kaliforniyadakı Amerikanın Vandenberq Kosmik Qüvvələri bazasında yerləşən "SLC-4E" buraxılış meydançasından buraxılıb.
"Bandwagon-2" missiyası çərçivəsində orbitə 29 kommersiya peyki, eləcə də Cənubi Koreya hökumətinin 30-50 sm ölçüsündə təsvirləri qəbul edə bilən optik-elektron kəşfiyyat qurğusu göndərilib.
AzVision.az
Teqlər: