Maska idxalı 2027-ci ilədək rüsumdan azad edildi

   Maska idxalı 2027-ci ilədək rüsumdan azad edildi
  16 Dekabr 2024    Oxunub:899
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.
AzVision.az -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Qərar tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən və 31 dekabr 2024-cü il tarixində qüvvədən düşəcək idxal gömrük rüsumlarından azadolmanın müddətinin 2027-ci ilin sonunadək uzadılmasını nəzərdə tutur.

Həmçinin, qərarda 31 dekabr 2024-cü il tarixinədək qüvvədə olan, tibbi maska idxalına tətbiq edilən idxal gömrük rüsumunun (1 ədəd üçün 3 ABŞ dollar senti) qüvvədə olma müddətinin 2027-ci ilin sonunadək uzadılmasını nəzərdə tutulur.

AzVision.az


Teqlər: Maska   Gömrük  





Xəbər lenti