Amerikalı jurnalist Putindən sərt cavab aldı

“Siz və ABŞ-də maaşınızı verənlər çox istərdiniz ki, Rusiya zəifləmiş vəziyyətdə olsun. Hesab edirəm ki, Rusiya son iki-üç ildə xeyli güclənib. Biz çox müstəqil olmuşuq, müdafiə qabiliyyətimizi, silahlı qüvvələrimizin döyüş hazırlığını gücləndiririk, bu, hazırda dünyada ən yüksək səviyyədədir”, - Vladimir Putin vurğulayıb.
Putin Donald Trampla 4 ildən artıqdır danışmadığını, lakin Amerika lideri ilə danışmağa hazır olduğunu da diqqətə çatdırıb. Bununla yanaşı, o, Suriyada terroçuların hakimiyyətə gəlmədiyini deyib.
- Biz Suriyada siyasi qüvvələrlə münasibətlərimizi saxlayırıq, onlar bizim hərbi bazalarımızın qalmasında maraqlıdırlar, lakin biz bu haqda düşünürük”, - Rusiya prezidenti bildirib.
Onun sözlərinə görə, Moskva Hmeymimdəki və Tartusdakı bazalardan humanitar ehtiyaclar üçün istifadə etmək təklifini verib.
Sahil İsgəndərov
AzVision.az