Azərbaycan-Ermənistan sərhədində zəlzələ baş verib

   Azərbaycan-Ermənistan sərhədində zəlzələ baş verib
  21 Dekabr 2024    Oxunub:393
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnituda zəlzələlər qeydə alınıb.
FHN-nin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

AzVision.az


Teqlər: hadisə   zəlzələ   sərhəd  





Xəbər lenti