Eboladan ölənlərin sayı 3 mini keçdi

Eboladan ölənlərin sayı 3 mini keçdi
  27 Sentyabr 2014    Oxunub:1359
Qərbi Afrikada yayılan Ebola virusuna yoluxaraq ölənlərin sayı 3091-ə çatıb.
AzVision.az- xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı bəyanatda bildirilir.

Ümumilikdə, Afrikada bu virusa yoluxanların sayı 6574-ə çatıb.

Təşkilatın verdiyi məlumata görə, Ebola Qərbi Afrikada yayılmağa davam edir.
Həkimlərin virusun yayılma arealının qarşısını almaq üçün hərbi dəstəyin lazım olduğunu vurğulayıb.

Səhiyyə təşkilatı həyəcan təbili çalaraq dünyanın Ebola ilə mübarizəni uduzmaq üzrə olduğunu bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti