ABŞ İŞİD-ə qarşı hücum taktikasını dəyişir

ABŞ İŞİD-ə qarşı hücum taktikasını dəyişir
  27 Sentyabr 2014    Oxunub:2026
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı effektiv mübarizə aparmaq üçün İraq və Suriyada yerüstü əməliyyatlar aparılmalıdır.
AzVision.az-ın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqon rəsmisi, general Marin Dempsi bildirib.

“Aviazərbələrin effektivliyinə baxmayaraq bu qruplaşma ilə mübarizə üçün kifayət deyil. İŞİD-ə qarşı yerüstü hərbi əməliyyatlar keçirilməlidir”, -deyə Dempsi bildirib. Onun sözlərinə görə, siyasi qərar verilməli və Suriya və İraqa hərbçilər göndərilməlidir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti