Kemeron: “İŞİD-lə mübarizə bir neçə il çəkəcək”

Kemeron: “İŞİD-lə mübarizə bir neçə il çəkəcək”
  26 Sentyabr 2014    Oxunub:1861
Böyük Britaniya baş naziri Devid Kemeron bəyan edib ki, İraq və şam islam Dövləti (İŞİD) yaraqlıları ilə mübarizə bir neçə il davam edə bilər.
Bu barədə AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Britaniya hökumətinin rəhbəri İŞİD-ə qarşı mübarizədə bu ölkənin iştirak etməsi xahişi ilə parlament qarşısında çıxış edib.

“Bu missiya bir neçə il davam edə bilər. Lakin mən hesab edirəm ki, biz ölkənin hərbi əməliyyatlara cəlb olunmasına hazır olmalıyıq”, – deyə Kemeron bəyan edib.

Baş nazir həmçinin parlamentariləri İŞİD tərəfindən olan təhlükələrə ciddi yanaşmağa çağırıb: “Bu fantastika deyil, bu bizim gözümüzün qarşısında baş verir və biz münaqişəyə cəlb olunmağa hazır olmalıyıq”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti