İspaniyada 9 İŞİD üzvü həbs edildi

İspaniyada 9 İŞİD üzvü həbs edildi
  26 Sentyabr 2014    Oxunub:1308
İspaniyanın Meliliya şəhərində İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə bağlı olan 8 Mərakeş və bir İspaniya vətəndaşı həbs edilib.
AzVision.az-ın məlumatına görə, bu barədə İspaniyanın “El Pais” qəzeti xəbər yayıb.

Məlumata əsasən bu şəxslər yaraqlıları qarşılayaraq onları Suriya və İraqa istiqamətləndirib. Ehtimallara görə, İspaniya vətəndaşı bu qruplaşmanın rəhbəri olub.

İspaniya polisi terrorçuların tutulması ilə bağlı əməliyyatı Mərakeş hüquq mühafizə orqanları il birgə həyata keçirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti