Su Günəşdən daha əvvəl yaranıb

Su Günəşdən daha əvvəl yaranıb
  26 Sentyabr 2014    Oxunub:1421
ABŞ və Böyük Britaniya alimlərinin yeni araşdırmaları göstərir ki, günəş sistemində olan suyun əhəmiyyətli hissəsi bu sistemin özündən əvvəl yaranıb.
AzVision.az-ın məlumatına görə, alimlər öz işlərinin yekunları barədə “Science” jurnalında məqalə dərc ediblər.

Astronomların fikrincə, buz formasında olan su Günəş sistemində ulduzlar və planetlərin formalaşmasından əvvəl olub. Alimlər bu barədə nəticəyə kompüter modelləşdirməsi nəticəsində gəliblər.

Alimlərin bu araşdırmaları planet sistemlərinin təkamülünə başqa prizmadan baxmağa imkan yaradır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti