Dmitri Kiselyov: `İlham Əliyev böyük siyasətçidir`

Dmitri Kiselyov: `İlham Əliyev böyük siyasətçidir`
  26 Sentyabr 2014    Oxunub:1836
Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyovu qəbul edib. Jurnalist Moskvaya qayıtdıqdan sonra “Vestnik Kafkaza” agentliyinə verdiyi müsahibədə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş onda çox parlaq təəssürat oyadıb. Dmitri Kiselyov bildirib ki, Azərbaycan Prezidenti qətiyyətli və böyük siyasətçidir, onun sözü regionda təhlükəsizliyə təminat verir.

Dünyada vəziyyətin pisləşməsi fonunda Rusiya-Azərbaycan münasibətlərinin necə formalaşacağı barədə agentliyin sualına cavab verərkən D.Kiselyov deyib ki, Azərbaycan tamamilə müstəqil, öz milli mənafeyinə uyğun siyasət seçmiş bir ölkədir. “Rossiya seqodnya” agentliyinin baş direktoru belə hesab edir ki, Azərbaycan “bir çox ölkələr üçün nümunə ola bilər”.

Dmitri Kiselyov sonda deyib: “Bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Mənə elə gəlir ki, bu zəngin təəssüratlarımı bölüşmək üçün bir çox həmkarlarımın bu ölkəyə getməsinə dəyər”.


Teqlər:





Xəbər lenti