Dünya Ebolaya uduzur: 2917 ölü

Dünya Ebolaya uduzur: 2917 ölü
  25 Sentyabr 2014    Oxunub:1315
Qərbi Afrikada yayılan Ebola virusuna yoluxaraq ölənlərin sayı 2917-ə çatıb.
AzVision.az- xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı bəyanatda bildirilir.

Ümumilikdə, Afrikada bu virusa yoluxanların sayı 6263-ə çatıb.

Təşkilatın verdiyi məlumata görə, Ebola Qərbi Afrikada yayılmağa davam edir.
Həkimlərin virusun yayılma arealının qarşısını almaq üçün hərbi dəstəyin lazım olduğunu vurğulayıb.

Səhiyyə təşkilatı həyəcan təbili çalaraq dünyanın Ebola ilə mübarizəni uduzmaq üzrə olduğunu bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti