Ərəblərdən İŞİD-ə ağır zərbə

Ərəblərdən İŞİD-ə ağır zərbə
  25 Sentyabr 2014    Oxunub:1554
Səudiyyə Ərəbistanı və BƏƏ məxsus təyyarələr ABŞ-ın İraq və Şam İslam Dövləti (İŞİD) qarşı aviazərbələr endirdiyi əməliyyatlarda iştirak edib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Əməliyyatlar zamanı xeyli İŞİD yaraqlısının və onlara məxsus təyyarənin məhv edildiyi bildirilir. ABŞ-ın Suriya və İraq ərazisində İŞİD-ə qarşı əməliyyatları davam etdirəcəyi gözlənilir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti