ABŞ terrora dəstək verənləri `qara siyahı`ya saldı

ABŞ terrora dəstək verənləri `qara siyahı`ya saldı
  25 Sentyabr 2014    Oxunub:1058
ABŞ Dövlət Departamenti “İŞİD”, “Əl-Nusra” “Əl-Qaidə” və digər terror təşkilatlara yardım edən insanlar və iki təşkilatın adını `terror siyahısı`na salıb.
AzVision.az xəbər verir ki, həmin terror təşkilatlarına yardım edən və Suriyaya döyüşmək üçün əsgər göndərən bir təşkilat və 11 nəfər də `terror siyahısı`na salınıb.

Verilən açıqlamaya görə, bu qərarlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərar layihəsinin bir hissəsidir. Bu siyahıda bir türkün adına da rast gəlinir. “Ubeyd Türki” adıyla tanınan Fatih Hasar `Əl-Qaidə`yə yardım etdiyinə görə terrorist siyahısına salınıb. O, Əfqanistan və Pakistandakı terroristlərə pul göndərib. Eyni zamanda “Əl-Nusra” cəbhəsinin pul transferlərində də iştirak edib.

ABŞ-ın “İŞİD”-ə etdiyə hücumlar nəticəsində 5-i uşaq olmaqla 24 dinc sakinin öldüyü bildirilir. ABŞ və müttəfiqlərinin dəstəyi nəticəsində İŞİD mövqelərinə 14 hücum gerçəkləşdirilib. Nəticədə 50 “Əl-Nusra” döyüşçüsü öldürülüb.

Emin


Teqlər:





Xəbər lenti