İŞİD daha bir jurnalistin başını kəsdi

İŞİD daha bir jurnalistin başını kəsdi
  25 Sentyabr 2014    Oxunub:1944
"Jund al-Khalifa" (Xilafət əsgərləri) vəhhabi-sələfi terror qruplaşmasının silahlıları Əlcəzairdə girov götürdükləri Fransa vətəndaşı Erve Pyera Qurdeli edam ediblər.
AzVision.az RBK-ya istinadən xəbər verir ki, "İraq-Şam İslam Dövləti" terror qruplaşması ilə əlaqəli olan silahlılar fransalının başını kəsiblər.

Jurnalist Fransanın İraqda aparılan əməliyyatlarda iştirakdan imtina etməməsindən sonra qətlə yetirilib.

Nə Fransa, nə də Əlcəzair hökuməti hadisəyə hələ ki, münasibət bildirməyib.

51 yaşlı Qurdel sentyabrın 21-də oğurlanıb. Əlcəzairə sentyabrın 20-də turist vizası ilə gəlib və paytaxt Əlcəzairdən 120 km aralıda ev kirayələyib.

Sonradan isə onun terrorçuların ətrafında videosu yayılıb.


Teqlər:





Xəbər lenti