Abramyan baş nazir olduğuna görə peşmandır

Abramyan baş nazir olduğuna görə peşmandır
  24 Sentyabr 2014    Oxunub:1570
Ermənistan baş naziri Ovik Abramyan bu günlərdə dar çərçivədə keçirilən görüşdə prezidentin yeni hökumətə rəhbərlik etmək barədə təklifini qəbul etməklə ciddi səhv buraxdığını etiraf edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistan “Aykakan Jamank” qəzeti etibarlı mənbələrə istinadən xəbər verib.

“Bu Ermənistanda ən həssas vəzifədir”, – deyən Abramyan parlament sədri olduğu dövrlər üçün darıxdığını bildirib. O vurğulayıb ki, Ermənistanda hər hansı bir şəxs ölkədə yalnız hiss edilən iqtisadi artım baş verdikdə baş nazir postunda rahat hiss edə bilər. Əks halda o, böyük ehtimalla “qurbanlıq quzu” olacaq”, – deyə qəzetdə nəşr olunan məqalədə bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti