Millimiz özbəklərlə bacarmadı

Millimiz özbəklərlə bacarmadı
  21 Avqust 2014    Oxunub:1423
Avqustun 20-də “Bakcell Arena”da futbol üzrə Azərbaycan və Özbəkistan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib.
Gürcüstanlı baş hakim George Vadaçkorianın idarə etdiyi oyunda hesab açılmayıb.

Qeyd edək ki, Özbəkistan ilə qarşılaşma millimizin bu il keçirdiyi üçüncü yoldaşlıq oyunudur. İlin əvvəlində Dubayda Filippin yığması üzərində qələbə qazanan (1:0) yığmamız ABŞ ilə səfər matçında uduzmuşdu – 0:2.

Özbəkistan ilə qarşılaşmadan sonra millimiz Moskvaya səfər edəcək və Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Həmin görüş sentyabrın 3-də “Ximki Arena”da təşkil olunacaq.


Teqlər:





Xəbər lenti