Qurban Qurbanov: `Ciddi hazırlaşacağıq`

Qurban Qurbanov: `Ciddi hazırlaşacağıq`
  09 Avqust 2014    Oxunub:2404
Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının yarışlarının play-off mərhələsində Hollandiyanın “Twente” komandası ilə qarşılaşacaq.
AzVision.az xəbər verir ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov püşkə münasibət bildirərək “Twente”nin tanış komanda olduğunu deyib:

“Fikrimcə, “Twente” qarşılaşa biləcəyimiz komandalar arasında ən güclülərdəndir. Hazırda çempionat oyunlarını fikirləşirik. Bu oyuna qədər matçlarımız var. Problemlərimiz olsa da “Twente” ilə qarşılaşmalara ciddi hazırlaşacağıq. Hələlik, rəqib komanda haqqında məlumat toplayacağıq. “Twente” kollektivi ötən mövsüm çempionatda üçüncü yeri tutub. Güclərinə şübhə etmək olmaz”.

Qeyd edək ki, pley-off mərhələsindəki oyunlar avqustun 21-də və 28-də keçiriləcək.


Teqlər:  





Xəbər lenti