"Hafka"nın klubu dağıla bilər

"Hafka"nın klubu dağıla bilər
  02 Avqust 2014    Oxunub:2634
"Bakı" klubu yenidən dağılma təhlükəsi ilə üzləşib.
AzVision.az-ın məlumatına görə, bu barədə sportnet.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.

O bildirib ki, komandada vəziyyət kritikdir: "Biz öhdəmizə düşən işi sonadək görəcəyik. Bunun üçün əlimizdən gələni edirik. Amma vəziyyət hələ də düzəlməyib. Təkcə əmək haqqı ilə iş bitmir. Ev və səfər oyunlarına geyim və təchizat kimi məsələlərin də həlli vacibdir. Düşünür ki, artıq bu məsələlərin həllində gecikirik. Açıq deyim ki, belə davam etsə, komandamızın çempionatda iştirakı çətin olacaq".

Bir müddətdir ki, klub prezidenti Hafiz Məmmədovla əlaqələrinin olmadığını deyən Seyidov problemlərin həllində AFFA-nın "Bakı"ya yaxından kömək göstərdiyini açıqlayıb. Bununla belə vitse-prezident bir çox məsələnin hələ də həllini gözlədiyini vurğulayıb: "Ümid edirik ki, son anda da olsa, problemlərimiz həllini tapacaq və biz növbəti çempionata qatılacağıq".


Teqlər:





Xəbər lenti