Xocalıda mina partlayıb: Xəsarət alan var

   Xocalıda mina partlayıb:    Xəsarət alan var
  21 Fevral 2025    Oxunub:362
Xocalı rayonunda mina hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə Xocalı rayonu ərzisində qeydə alınıb.

Belə ki, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

AzVision.az



Teqlər:





Xəbər lenti